Azərbaycana gətirilən maşınların sayı azalmaqda davam edir.
ANS TV-nin məlumatına görə, Dövlət Gömrük Komitəsindən bildirilib kİ, bu ilin yanvar ayında ölkəyə 4090 ədəd avtomobil idxal olunub. Bu ötən ilin yanvar ayı ilə müqayisədə 40%-ə yaxın azalma deməkdir.
Ötən ilin yanvar ayında ölkəyə gətirilən maşınların sayı 6477 ədəd olub. 2013-cü ilin 1-ci ayında isə idxal olunan avtomobillərin sayı 7129 ədəd olub. Avtomobil idxalının azalması ölkədə Avro-4 standartına keçid və kreditlərin sərtləşdirilməsi ilə bağlıdır.
Eyni zamanda aksiz vergisinin dərəcələrinin qaldırılması ilə əlaqədar olaraq avtomobil idxalının daha da aşağı düşəcəyi gözlənilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !