Azərbaycana gizli yolla 150000 dollar keçirmək istədilər - FOTO

14:23 | 05.12.2014
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən J2 077 saylı Bakı-İstanbul aviareysi ilə getmək istəyən Azərbaycan Respublikası vətəndaşı Rüstəmov Rasim Ağabala oğlu hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb, müvafiq qanunvericiliyə uyğun olaraq ona məxsus baqaja gömrük baxışı keçirilmiş və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Xidmətinin mətbuat ximətindən "Trend"-ə bildiriblər ki, gömrük baxışı zamanı R.Rüstəmova məxsus qara rəngli çamadanın içərisindəki şəxsi əşyaların arasından 6 ədəd bağlamada gömrük sərhədini keçərkən bəyan etmədiyi 140 000, üzərindən isə 10000-ümumilikdə 150000 ABŞ dolları aşkar edilib.

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunda isə Gürcüstan Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikasının vətəndaşı Tomaev Şahin Əhməd oğlunun idarə etdiyi "Renault” markalı, 90JZ606/10ZH735 dövlət qeydiyyat nişanlı yük avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin salonunda yataq yerinin altında olan yeşikdən "Desmopressin” adlı 298 flakon dərman preparatları gömrük nəzarətinə bəyan olunmamış şəkildə aşkar edilərək saxlanılıb.

Hər iki faktla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

ANN.Az

Tərəfdaşların xəbərləri

REKLAM