• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana gübrə idxalı artıb

Azərbaycana gübrə idxalı artıb
27.03.2024 17:36
2024-cü ilin yanvar-fevralında Azərbaycana idxal edilən gübrələrin çəkisi 2 dəfəyə yaxın artıb. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib.
 
Cari ilin ilk 2 ayında ölkəyə 8 786.18 min ABŞ dolları dəyərində 25 527.75 ton gübrə idxal edilib.

Keçən ilin müvafiq dövründə isə ölkəyə 10 429.63 min dollar dəyərində 14 220.48 ton gübrə gətirilib.
 
2023-cü ilin on bir ayında Azərbaycana 69 milyon 278 min dollar dəyərində 130 min 61 ton gübrə idxal edilib. 
 
Azərbaycanda  mineral gübrələr SOCAR Karbamid Zavodunda istehsal olunur. 

SOCAR Karbamid Zavodu 2019-cu il yanvarın 16-da istifadəyə verilib, iyunda müəssisə karbamid ixracına başlayıb. Müəssisənin üç istehsal sahəsi var. Bura  ammonyak, karbamid və  karbamid qranullarının istehsalı daxildir. 

Zavodun gücü sutkada 1,2 min ton ammonyak və 2 min ton karbamid istehsal etməyə imkan verir.
 
Zavodun karbamid ixracından illik gəlirinin 160 milyon dollar olacağı proqnozlaşdırılır.
 
Aytac Zeynalova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol