Azərbaycana gözün buynuz qişasının gətirilməsi mümkün olacaq.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" və "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" qanunlara dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, Azərbaycana gözün buynuz qişasının gətirilməsinə icazə verilir.
Dəyişikliklər səsə qoyularaq qəbul edilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !