2024-cü ilin yanvar-aprelində Azərbaycana hava nəqliyyatı ilə 926 min 652 nəfər sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40,7% çoxdur. Bu barədə Dövlət Turizm Agentliyinin hesabatında qeyd olunub.
Yanvar-apreldə Azərbayana sərnişin daşınmaqda ilk yeri Rusiyadan ümumilikdə 263 min 505 sərnişin daşınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 37,6% çoxdur.
Bir ayda(aprel) Rusiyadan 71 min 835 sərnişin daşınıb ki, bu da 2023-cü ilin apreli ilə müqayisədə 21,4% çoxdur.
Bir ayda (aprel) Azərbaycana 258 min 176 sərnişin daşınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 46.3% artım deməkdir.
Rusiyadan sonra ən çox sərnişin Türkiyədə Azərbaycana daşınıb. 4 ayda Türkiyədən Azərbaycana 217 min 689 sərnişin daşınıb, bu da illik müqayisədə 21,4% çoxdur.
İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 131 min 325 sərnişinlə (+42 %) daxil olub.
2024-cü ilin aprelində Heydəl Əliyev Beynəlxalq Aeroportunda 570 minə yaxın sərnişin daşınıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50% və ya 379 min sərnişin çoxdur.
Aygün
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !