Azərbaycana iyulda QAR YAĞDI - FOTO

22:54 | 01.07.2019
Azərbaycana iyulda QAR YAĞDI - FOTO

Azərbaycana iyulda QAR YAĞDI - FOTO

Zaqatalanın yüksək dağlıq ərazilərinə qar yağıb.
Anews.az APA-ya istinadən xəbər verir ki, son üç gündür ki, respublikanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.
Bölgəyə fasilələrlə qısamüddətli yağış yağır, havanın temperaturu əvvəlki günlərlə müqayisədə +20 ℃ qədər aşağı düşüb. İyunun 30-dan iyulun 1-nə keçən gecə Zaqatalada havanın hərarəti +13 ℃ qədər aşağı düşüb.
 
İyunun 30-dan iyulun 1-ə keçən gecə Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu ərazisindən keçən hissəsində yüksək dağlıq ərazilərinə qar yağıb. Hazırda rayonda yağmursuz hava şəraiti müşahidə olunsa da, temperatur axşam saatlarında +16 ℃ müşahidə olunur.
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM