Azərbaycana keçməyə çalışan erməni minaya düşdü

10:35 | 17.01.2019
Azərbaycana keçməyə çalışan erməni minaya düşdü

Azərbaycana keçməyə çalışan erməni minaya düşdü

Yanvarın 16-da Ermənistan-Azərbaycan sərhədində Ermənistanın Tavuş vilayətinin sakini Arman Mikaelyan minaya düşüb.

Məlumata əsasən, hadisə nəticəsində Mikaelyan ağır yaralanıb və Noemberyan xəstəxanasına çatdırılıb. Mina onun pəncəsini qopardığından həkimlər amputasiya əməliyyatı aparmalı olub.

Mikaelyan partlayışdan üç saat sonra hadisə yerindən təxliyyə olunub.

Sonradan həmin şəxsin ruhi xəstə olduğu məlum olub. O, sərhədə yaxınlaşaraq, tikanlı məftilləri olan çəpəri aşmağa çalışıb. Həmin an partlayış baş verib./oxu.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb