2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana minik avtomobillərinin idxalı 46 017 ədəd təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,6% azdır. Bu barədə Azərbaycan Gömrük Xidməti məlumat yayıb.
Eyni mənbəyə görə, bu ilin 7 ayında idxal olunan avtomobillərin ümumi dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2% artaraq 830,5 milyon dollar təşkil edib.
O cümlədən, 71,5 milyon ABŞ dolları (artım 16,4%) dəyərində 1792 elektromobil (artım 20,1%) və 326,2 milyon dollar dəyərində (artım 74,9%) 11276 ədəd hibrid avtomobil (artım 33,8%) idxal edilib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !