• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana narkotik vasitələr hansı ölkələrdən gətirilir?

Azərbaycana narkotik vasitələr hansı ölkələrdən gətirilir?
19.11.2013 16:27
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu Azərbaycana narkotik vasitələrin əsasən hansı ölkələrdən və hansı marşrutlarla gətirildiyini, Azərbaycandan tranzit məqsədilə istifadə hallarına qarşı mübarizənin necə təşkil edildiyini açıqlayıb.Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, hazırda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı əsas problem xaricdən ölkə ərazisinə gətirilən narkotiklərlə bağlıdır.Azərbaycan Rusiya, İran və Gürcüstanla Avropa-Asiya magistral-nəqliyyat vasitəsilə həmsərhəddir ki, bu da Orta Asiya ölkələrindən Qərbi və Mərkəzi Avropaya, həmçinin Rusiyanın mərkəzi regionlarına narkotiklərin tranziti üçün çox əlverişli baza yaradır. Beləliklə, sərhəddən keçən narkotiklərin bir hissəsi Azərbaycanda qalır ki, bu da narkotik istifadəçilərinin sayının artmasına nəzərəçarpacaq dərəcədə təsir edir. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi, onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı vəziyyət mütəmadi təhlil edilib, həmsərhəd dövlətlərdə, xüsusilə də Əfqanıstan, İran və Orta Asiya ölkələrində bu sahədə baş verən proseslər, onların ölkədaxili vəziyyətə təsiri öyrənilərək, müvafiq tədbirlər görülüb.Ötən illər ərzində hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin effektivliyinin artırılması məqsədilə bu sahədə qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb. Hüquq-mühafizə orqanları narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan transmilli mütəşəkkil cinayətkar dəstələr, narkotiklərin tranzit daşınması və digər yaranmış əməliyyat şəraitini mütəmadi olaraq təhlil edib, beynəlxalq təşkilatlar, qurumlar və tərəfdaş dövlətlərlə qarşılıqlı tədbirlərin keçirilməsi istiqamətində məlumat mübadiləsi həyata keçiriblər. İşçi Qrup faktlara, statistikaya, aparılan mübarizə tədbirlərinin nəticələrinə əsaslanaraq bəyan edib ki, ölkəyə qaçaqmalçılıq, eyni zamanda digər yollarla keçirilən narkotiklərin əksəriyyəti İran ərazisindən keçirilir. Yəni hər bir qanunsuz dövriyyə ilə bağlı narkotiklərin əldə edilməsi, saxlanılması, qaçaqmalçılığı ilə əlaqədar aşkar olunan faktlarda dərhal İranın izi ortaya çıxır. Bu narkotiklər də İrana Əfqanıstandan keçir. Əfqanıstanda min hektarlarla xaş-xaş bitkisi əkilir. Xaş-xaşdan əldə olunan tiryəkdən insan sağlamlığı üçün ən təhlükəli narkotik sayılan heroin hazırlanır. Azərbaycana da heroin əksər hallarda İrandan gətirilir.

Erməni işğalçılarının apardığı etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağ Muxtar Vilayəti və ətrafında yerləşən 7 rayon zəbt edilib. Azərbaycanın İranla olan dövlət sərhədinin 132 kilometrlik hissəsinin nəzarətsiz qalması nəticəsində həmin ərazilərdən Avropaya və digər ölkələrə güclü narkotik axını həyata keçirilir. İşçi Qrupu bildirib ki, sonuncu belə bir fakt hüquq-mühafizə orqanlarının növbəti uğurlu əməliyyat nəticəsində aşkara çıxarılıb. İrandan qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfərdən ibarət cinayətkar qrup ifşa edilib, onlardan ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb. Həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanmasının Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində təşkil edilməsi və sonradan həmin narkotik vasitələrin İrana, oradan isə Azərbaycana gətirildiyi müəyyən edilib.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol