Yanvarın 20-də Azərbaycanda hava qeyri-sabit keçəcək, temperatur ötən günlərlə müqayisədə bir qədər enəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentidən Trend-ə verilən məlumata görə, yanvarın 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Günün ikinci yarısında havanın yağıntılı olacağı gözlənilir. Şimal küləyi arabir güclənəcək.Havanın temperaturu səhər və gündüz 5 dərəcəyədək isti, axşam 3 dərəcəyədək isti olacaq.Yanvarın 20-də səhər Azərbaycanın əsasən şimal rayonlarında, axşama doğru isə bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərə qar yağacağı proqnozlaşdırılır. Şimal küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu Aran rayonlarında gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.Yaxın 2 gün ərzində ölkə ərazisində mülayim hava şəraiti davam edəcək.Yanvarın 18-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturunun gecə 2-5, gündüz 8-12 dərəcə isti olacağı proqnozlaşdırılır.Yanvarın 18-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturunun Aran rayonlarında gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !