Azərbaycana qar yağdı

15:48 | 22.09.2014
Azərbaycana qar yağdı

Azərbaycana qar yağdı

 “Vizual müşahidələrə əsasən Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qar yağması qeydə alınıb”. Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. O bildirib ki, sentyabrın 21-i axşamdan 22-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensivləşib. Ən çox yağıntı Qəbələ rayonundakı Dəmiraparan çay məntəqəsində 51 mm qeydə alınıb. Yağan leysan yağışı nəticəsində Qəbələ rayonu ərazisindən axan Dəmiraparan çay Qəbələ və Qumçay Qum məntəqələrindən qısamüddətli daşqın və sel keçib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM