ABŞ Konqresindəki Azərbaycan işçi qrupu ölkəmizə birbaşa yardımı qadağan edən 907-ci maddəni aradan qaldırmağa çağırır. İşçi qrupunun üzvlərindən biri, konqresmen Donald Peyn ANS-ə verdiyi eksklüziv müsahibədə bildirib ki, Konqres və Senat üzvləri arasında bu maddənin köhnəldiyi təsəvvürü artıq formalaşmağa başlayıb. Azərbacanın çətin strateji coğrafiyada yerləşdiyini deyən konqresmen, rəsmi Bakının bu münasibətlərdə çox həssas bir balansa nail olduğunu bildirib.
Konqresmen Donald Peyn, “Biz burda Azərbaycanla ABŞ arasında daha sıx əlaqələri təşviq etməyə çalışırıq. Azərbaycan ABŞ-ın digər strateji partnyorları üçün də əvəzsiz yardım göstərməkdərdir. Məsələn, İsrail öz enerjisinin 40 faizini Azərbaycandan almaqdadır və ABŞ-dakı siyasətçilər bunu bilməlidirlər. Mən Azərbaycana yardımı məhdudlaşdıran 907-ci əlavə ilə bağlı Dövlət Katibinə də söyləmişəm ki, ona yenidən baxılmaldıır. Biz hesab edirik ki, bu, tamamilə köhnəlmiş, əsası olmayan əlavədir. Dövlət Katibi mənim bu məsələni qaldırmağıma təəcüblənsə də, dedi ki, onlar da bu maddənin qaldırılmasına baxacaqlar.“ - deyə bildirirb.
ANS PRESS