Yaponiya rusiyalı jurnalistə qarşı şəxsi sanksiyalar tətbiq edib

12:33 | 26.05.2023
Yaponiya rusiyalı jurnalistə qarşı şəxsi sanksiyalar tətbiq edib

Yaponiya rusiyalı jurnalistə qarşı şəxsi sanksiyalar tətbiq edib

Yaponiya rusiyalı jurnalist Olqa Skabeyevaya qarşı şəxsi sanksiyalar tətbiq edib.  Bu barədə TASS Yaponiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
 
Bildirilir ki, sanksiya siyahılarının genişləndirilməsi yeni sanksiyalar paketi çərçivəsində baş tutub.
 
Ümumi siyahıya 24 fiziki şəxs və 78 təşkilat daxil olub.

Sənədə əsasən, sanksiya siyahılarına RF Silahlı Qüvvələri komandanlığının nümayəndələri, həmçinin DXR, LPR, Zaporojye və Xerson vilayətlərinin rəsmiləri və prokurorları daxil edilib.

Yaponiya, həmçinin iyunun 2-dən Rusiyanın Hərbi və Texniki Əməkdaşlıq üzrə Federal Xidməti, Qabaqcıl Araşdırmalar Fondu və adına QHT daxil olmaqla, 80 Rusiya təşkilatına ixrac məhdudiyyətləri tətbiq etmək qərarına gəlib. Eləcə də bir neçə elmi-tədqiqat institutları və sənaye müəssisələrri də daxil olmaqla hazırda 437 Rusiya təşkilatına ixrac məhdudiyyəti qoyulub.
 
Skabeyeva həyat yoldaşı Yevgeni Popov ilə birlikdə Rossiya-1” telekanalında "60 dəqiqə" tok-şousunun aparıcısıdır. O, Azərbaycana qarşı ermənipərəst çıxışlar edirdi.

Aytac Zeynalova



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM