Virtualaz.org xəbər verir ki, Rusiya bu kompleksləri 2018-ci ildə xarici sifarişçilərə təqdim etməyə hazırlaşır.
Frolova görə S-350 kompleksləri müştəri sarıdan korluq çəkməyəcək və bu komplekslər "Buk” zenit-raket kompleksləri ilə ciddi rəqabət yaradacaq. S-350 komplekslərinin işlənib hazırlanması 2007-ci ildən başlayıb, kompleks ilk dəfə ictimaiyyətə 2013-cü ildə təqdim olunub. Bu komplekslər S-400 "Triumf” zenit-raket komplekslərindən xeyli ucuz və kompaktdır, onlar geniş çeşiddə hava hədəflərini-təyyarələri, pilotsuz uçan aparatları, qanadlı raketləri və s. 60 kilometr məsafədən və 10 metrdən başlamış 30 kilometrə qədər hündürlükdə məhv edə bilir. Ballistik hədəfləri isə 30 kilometr məsafədən 25 kilometrə qədər hündürlükdə vurur.
Xatırladaq ki, bu günlərdə Rusiyanın ekspert çevrələri Azərbaycanın S-400 "Triumf” zenit-raket komplekslərinə maraq göstərdiyi haqda danışmışdı. Bu, kifayət qədər bahalı olmaqla eyni zamanda istənilən hava hədəfini neytrallaşdırmağa imkan verən və dünyada ən qabaqcıl sistemlərdir. Azərbaycanın S-400 komplekslərinə maraq göstərdiyi haqda rəsmi məlumatlar yoxdur, eləcə də Ermənistanın S-350 "Vityaz” komplekslərinin ilk alıcıları arasında yer ala biləcəyi ekspert təxminlərindən o yana keçmir. Lakin istisna deyil ki, Azərbaycanın pilotuz uçan aparatlarının geniş çeşidinə malik olmasını nəzərə alan Rusiya həmin kompleksləri güzəştli kreditlə Ermənistana verə bilər.
Azərbaycana isə bu cür yaxın mənzilli zenit-raket kompleksləri o qədər də gərək deyil. Azərbaycan İsraildən alınan və göstəricilərinə görə "Vityaz”ları xeyli üstələyən "Barak-8” kompleksləri ilə silahlanıb. ("Buk” və S-300 PMU "Favorit” kompleksləri də o cümlədən). Bununla belə Azərbaycan Rusiya hərbi-sənaye kompleksinin hava və raket hücumları əleyhinə yeni nümunələrini yaxından izləyir.
Virtualaz.org
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !