Azərbaycana silah satmaqdan imtina etdilər

15:30 | 12.07.2014
Azərbaycana silah satmaqdan imtina etdilər

Azərbaycana silah satmaqdan imtina etdilər

Fransa Azərbaycana silah satmayacaq Axar.az xəbər verir ki, bu açıqlama ilə Fransanın Ermənistandakı səfiri Anri Reno çıxış edib. O, Fransanın Bakıya silah sata bilməyəcəyini deyib:“Fransanın Azərbaycana silah satmasıyla bağlı xəbərlər reallığı əks etdirmir. Fransa ATƏT-in Minsk qrupunda həmsədrdir və tərəflərdən heç birinə silah sata, yaxud verə bilməz”.Qeyd edək ki, Parisin Bakıya orta mənzilli raketlər satacağını Fransa mətbuatı yazıb. Mətbuatda bu razılığın Fransua Ollandın Bakı səfəri zamanı əldə olunduğu qeyd edilib. Bakının yeni alınacaq raketlərdən Xəzərdəki neft yataqlarının qorunmasında istifadə edəcəyi vurğulanır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM