Azərbaycana ötən il ərzində 2 400 000 nəfərə yaxın turist gəlib. Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turiuzm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev Trend Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər və 8-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgilərinin açılışı münasibətilə keçirilən mətbuat konfransında deyib.A.İsmiyev qeyd edib ki, ötən il ərzində Azərbaycana 2 508 000 nəfər xarici ölkə vətəndaşı gəlib. Həmin şəxslərin arasında Azərbaycanda təhsil alan və işləyən xarici ölkə vətəndaşlarının da olması nəzərə alınsa, ölkəyə gələn turistlərin sayı 2 milyon 400 min nəfər olub.Nazirliyin şöbə müdiri qeyd edib ki, Azərbaycana gələn turistlər bir həftə ərzində 700-800 dollar pul xərcləyirlər. Onlar bu vəsaiti daha çox mehmenxanalarda yerləşdirilmələrinə, yeməyə, ekskursiyalara və s. sərf edirlər: "Azərbaycanda son 2-3 il ərzində 3-4 ulduzlu hotellərin sayı artıb. Onlarda yerləşdirmənin qiyməti bir gün üçün 60-80 manatdır".A.İsmiyev qeyd edib ki, Azərbaycana gələn turistlər ölkənin bütün regionlarına maraq göstərirlər. Onlar Azərbaycanın Şəki, Qusar, Şamaxı, Lerik, Lənkəran rayonlarına səfərlər edirlər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !