"Yaxın vaxtlarda Gəncəyə Fransa istehsalı olan yeni elektrovozlar gətiriləcək."
ANN.Az-ın AZƏRTAC-a istinadla verdiyi məlumata görə, bu sözləri Gəncə Lokomotiv Deposunun rəisi Əsgər Şirinov deyib.
Depo rəisi bildirib ki, hazırda Gəncə deposunda 10 ədəd V-8, 5 ədəd V-11, 9 ədəd V-10 tipli teplovoz var.
"Teplovozların hamısı demək olar ki, istismar müddətini başa çatdırıb. Gəncə deposunu müasir elektrovozlarla təmin etmək məqsədilə Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə Fransa şirkəti arasında ilkin razılaşma əldə edilib. Həmin razılaşmaya əsasən yaxın vaxtlarda Gəncəyə Fransa istehsalı olan yeni elektrovozlar gətiriləcək”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !