Azərbaycanda bir həftə əvvəl həbs edilən "Diska Nəriman" ləqəbli kriminal avtoritet Nəriman Qurbanəliyev vəfat edib.
"Qafqazinfo" Lent.az-a istinadən xəbər verir ki, saxlanıldığı müəssisədə "Diska Nəriman"ın vəziyyəti qəfildən pisləşib və o təcili xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Xatırladaq ki, N.Qurbanəliyev bir müddət əvvəl də Zaqatalada adam bıçaqlamaqda təqsirli bilinərək həbs edilmişdi.
Onu da qeyd edək ki, "Diska Nəriman" ləqəbli avtoritet N.Qurbanəliyev əvvəllər Zaqatalada "obşak”a baxıb və həbsdə olan avtoritetlərə pul toplayıb. "Obşak” kriminal aləmin maliyyə vəsaitinin cəmləşdiyi ümumi büdcədir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !