Azərbaycanda 10 ildən sonra avtomobillərin sayı 3 milyona çatacaq

21:48 | 19.11.2013
Azərbaycanda 10 ildən sonra avtomobillərin sayı 3 milyona çatacaq

Azərbaycanda 10 ildən sonra avtomobillərin sayı 3 milyona çatacaq

Hazırda Azərbaycanda 1,2 milyon avtomobil var.Hər il ölkənin avtoparkı 10 faiz artır. Hesablamalara görə, 10 ildən sonra avtomobillərin sayı 3 milyona çatacaq. Trend xəbər verir ki, bunu Beynəlxalq Mətbuat Mərkəzində Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Günü ilə əlaqədar keçirilən tədbirdə Azərbaycan Texniki Universitetinin (ATU) kafedra müdiri Sülhəddin Gözəlov bildirib.Onun sözlərinə görə, son 3 il ərzində dünyada avtomobil qəzalarında ölənlərin sayı digər hadisələr zamanı ölənlərin sayından çoxdur: "Dinc dövrdə Azərbaycanda yol qəzalarında ölənlərin sayı cəbhə bölgəsində ölənlərin sayından çoxdur. Son 10 il ərzində Bakıda avtomobillərin sayının 2 dəfə artmasına baxmayaraq, il ərzində ölkədə ölənlər 1000 nəfər civarındadır. Ölənlərin sayının təxminən eyni səviyyədə qalması bir tərəfdən sevindiricidirsə, digər tərəfdən bu qədər insanın dünyadan köçməsi bizi məyus edir. Yol qəzasında bir nəfərin ölməsi təkcə həmin adamın ailəsinin faicəsi deyil, hər birimizin faciəsidir".Onun sözlərinə görə, hazırda Bakıda hər min nəfərə düşən avtomobilllərin sayı 330-dur ki, bu da Avropa göstəricilərinə yaxındır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM