Azərbaycanda sənaye üsulla yumurta istehsalının (quş fabriklərində) artırmağı planlaşdırır.Ərzaq təhlükəsizliyi üzrə xüsusi Dövlət Proqramına əsasən, 2015-ci ilədək ölkədə illik yumurta istehsalının 1,2 mlrd. ədədə çatdırılması nəzərdə tutulub. Bu məqsədə çatmaq üçün Azərbaycan illik yumurta istehsalını təxminən 26% və ya 252 mln. ədəd artırmalıdır. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov məlumat verib. Onun sözlərinə görə, hazırda Azərbaycanda bütün kateqoriyalar üzrə ümumilikdə 1,2 mlrd. ədəd yumurta istehsal olunur: «2015-ci ilə qədər isə bu rəqəm 1,5 mlrd.-a çatdırılacaq». Nazirliyin şöbə müdiri əlavə edib ki, bu sahədə qarşıda duran hədəflərdən biri də iri damazlıq yumurtaların hamısının ölkədə istehsal olunmasıdır. O, bu istiqamətdə də işlərin aparıldığını qeyd edib. «Quşçuluq fabriklərinə ildə 100 mln. ədəd damazlıq yumurta lazımdır. Lakin bu gün quşçuluq fabriklərində 60 mln. ədəd damazlıq yumurta istehsal olunur, qalan 40 mln. yumurta isə xarici ölkələrdən gətirilir. Biz 2015-ci ilə qədər bu tələbatın tam yerli imkanlar hesabına ödənilməsi istiqamətində tədbirlər görürük», - deyə Ç.Fərəcov bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !