Azərbaycanda uşağın oğurlanması faktı ilə bağlı cinayət işi başlanıb.Bu barədə APA-ya Səbail Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, Badamdar qəsəbə sakini, 2001-ci il təvəllüdlü Cavid Mail oğlu Bədəlov 12 yanvar 2013-cü il tarixində itkin düşüb. Bir ilə yaxın davam edən axtarışlara baxmayaraq onu tapmaq mümkün olmayıb. 6 dekabr 2013-cü il tarixində C. Bədəlovun itkin düşməsi faktı ilə bağlı Bakı şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu – yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. C. Bədəlovun oğurlamasında günahı olan şəxs və ya şəxslər müəyyən edilərək həbs ediləcəyi təqdirdə onları 10 ildən 15 ilədək müddətinə həbs cəzası gözləyir. Hazırda fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !