Azərbaycanda 14 yaşlı uşaq dənizdə batdı

09:32 | 14.07.2014
Azərbaycanda 14 yaşlı uşaq dənizdə batdı

Azərbaycanda 14 yaşlı uşaq dənizdə batdı

İyulun 13-də 2000-ci il təvəllüdlü Maşalla Dövlət oğlu Ağatağıyev Abşeron rayonu ərazisində dənizdə (“Fatmayi” sularda xilasetmə məntəqəsindən, təxminən, 1000 m məsafədə, nəzarət olunmayan ərazidə) batıb.ANN.Az-ın FHN-in saytına istinadın verdiyi məlumata görə, Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. M. Ağatağıyevin cəsədi batdığı yerdən dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Suraxanı rayonunda da 1 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş FHN-in dalğıc-xilasedicisi tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib Daha 1 nəfər isə Sumqayıt şəhəri, “Corat” sularda xilasetmə məntəqəsi ərazisində dənizdə batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş FHN-in dalğıc-xilasedicisi tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib. Sabunçu rayonu ərazisində də analoji hadisə baş verib. “Bilgəh” sularda xilasetmə məntəqəsi ərazisində 2 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib. Vətəndaşlar FHN-in dalğıc-xilasedicisi tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil veriliblər. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM