Azərbaycanda 2012-ci illə müqayisədə ötən il baş verən qida zəhərlənmələrinin və ondan zərər çəkənlərin sayı artıb.Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, ötən il Azərbaycanda 1278 qida zəhərlənməsi hadisəsi baş verib. Bu hadisələr nəticəsində 1525 nəfər qidadan zəhərlənib.Həmin hadisələrin 31-i botulizm olub. Botulizm hadisələrindən 42 nəfər zərər çəkib. Ötən il qida zəhərlənmələri nəticəsində 4 nəfər dünyasını dəyilib. Onların 2-si botulizm (turşu), 2-si isə qeyri-mənşəli qida qəbulu (göbələk) nəticəsində zəhərlənib. Ötən il qidadan (göbələk) zəhərlənən bir qadının vəziyyəti hələ də ağır olaraq qalır.2012-ci ildə isə Azərbaycanda 1193 qida zəhərlənməsi baş verib. Bu hadisələr nəticəsində 1466 nəfər qidadan zəhərlənib. Zəhərlənmə hadisələrinin 26-sı botulizm olub. Bu hadisələrdən 40 nəfər zərər çəkib. 2012-ci ildə qida zəhərlənməsi nəticəsində 3 nəfər dünyasını dəyişib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !