"Həmin cəzaçəkmə müəssisələrinin tikilməsinə baxmayaraq uzun illərdir istifadəyə verilmir. Bölgələrdən həbsdə olan şəxslərin valideynləri uzun yol qət edərək Bakıya gəlmək məcburiyyətində qalır.. Təklif edirəm ki, bu məsələni gündəmə gətirib həllinə yardımçı olaq. Ən azı növbəti ilin büdcə hesabında nəzərə alınıb xırda maddi problemlərini həll etməklə həmin cəza evlərinin fəaliyyətinə başlamaq olar” – deputat bildirib.
Naqif Həmzəyev çıxışında vəkillərin dustaqlarla görüşməsi üçün PCR testi verməsi məsələsinə toxunub. O bildirib ki, vəkillər dustaqlarla görüşmək üçün hələ də bu testi verir. Təklif edib ki, bu testin verilməsi ölkə üzrə ləğv olunduğu halda dustaqlarla görüş zamanı da ləğv olunması məqsədəuyğun olar.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !