Elçin Babayev və Nail Mehdiyev özlərini polis əməkdaşları kimi təqdim edərək həmyerliləri İlqar Ramazanovu polisə aparacaqları ilə hədələyiblər
Sumqayıt şəhərinin ərazisindəki parkda polis geyimində olan iki nəfər şəxs vətəndaşdan rüşvət aldığı üçün tutulub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Elçin Babayev və Nail Mehdiyev özlərini polis əməkdaşları kimi təqdim edərək həmyerliləri İlqar Ramazanovu polisə aparacaqları ilə hədələyiblər.
Özlərini polis kimi təqdim edən şəxlər ondan 30 manat pul alıblar.
Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Babayev və N.Mehdiyev tutulublar.
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !