Azərbaycanda 2014-cü il “Sənaye ili” elan edildi

20:56 | 12.03.2014
Azərbaycanda 2014-cü il “Sənaye ili” elan edildi

Azərbaycanda 2014-cü il “Sənaye ili” elan edildi

“Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.ANS PRESS-in verdiyi məlumata görə, sərəncamda deyilir:Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 212 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:1. “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi müəyyən edilsin.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:3.1. “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etsin;3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM