Azərbaycanda 2023-cü ildə inflyasiya 8,8% təşkil edib

15:02 | 15.01.2024
Azərbaycanda 2023-cü ildə inflyasiya 8,8% təşkil edib

Azərbaycanda 2023-cü ildə inflyasiya 8,8% təşkil edib

2023-cü ildə Azərbaycanda inflyasiya 8,8% təşkil edib.  Bu  barədə  Dövlət Statistika Komitəsi  məlumat yayıb.
 
"2023-cü ildə istehlak qiymətləri indeksi 2022-ci ilə nisbətən 108,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 109,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 108,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,2 faiz təşkil edib",  - Dövlət Statistika Komitəsinin saytında bildirilib. 
 
Komitənin məlumatına görə, 2023-cü ilin dekabrında noyavra nisbətən istehlak qiymətləri 0,5 faiz, əvvəlki ilin dekabrına nisbətən isə 2,1 faiz  artıb. 
 
Keçən ilin dekabrında noyabra nisbətən  ərzağın qiyməti q 1%, xidmətlərin dəyəri isə  0,1% artıb, qeyri ərzaq məhsullarının qiymətində isə dəyişiklik olmayıb 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM