Azərbaycanda 235 mindən çox autizmli uşaq var - VİDEO

09:36 | 25.12.2013
Azərbaycanda 235 mindən çox autizmli uşaq var - VİDEO

Azərbaycanda 235 mindən çox autizmli uşaq var - VİDEO

15 yaşı Şamxal Xələfov ruhi nevroloji problem olan autizmdən əziyyət çəkir.

Amma bu sindrom ona fəal həyat sürməyə mane olmur. Bir çox yeniyetmə kimi Şamxal da məktəbdə oxuyur, rəqsə gedir, bir sözlə, cəmiyyətdə özünü ifadə etməyə çalışır.

Şamxalın bu gün suallarıma dəqiq və hətta hərdən məni təəcübləndirici cavab verməsi düşünməyin ki, tək onun əldə etdiyi uğurdur. Bu irəliləyiş onun üzərində illərdir çalışan anası Zəhra xanımın əziyyətinin nəticəsidir. Çünki autizm sindromu olan uşaqlar nitq və ünsiyyətdə çətinlik çəkirlər, özlərinə qapanıb, cəmiyyətdən uzaqlaşırlar.Ölkəmizdə 235 mindən artıq rəsmi qeydiyyatda olan autizm sindromundan əziyyət çəkən uşaqlar var. Mütəxəsisslər deyir ki, keçən illə müqayisədə bu rəqəmdə bu il artım müşahidə olunur. Amma qeyri-rəsmi məlumatlar bir çox valideynlərin bu sindromdan əziyyət çəkən uşaqlarını qeydiyyatdan keçirməməsini göstərir. Misal üçün, Türkiyədə bu sidromla olan uşaqlara 400-500 manat civarında məvacib ödənilirsə, Azərbaycanda bu məbləğ 60 manatdır. Digər problem isə autizmdən əziyyət çəkən uşaqların ixtisaslaşmış mərkəzlərə ehtiyaclarının olmasıdır. Bir sıra Qeyri Hökümət Təşkilatları da bu sindromdan əziyyət çəkən uşaqlarla məşğul olurlar. Çox təəsüf ki, bu gün Azərbaycanda autizmlə məşğul olan xüsusi dövlət mərkəzi yoxdur. Cəmiyyətdə autizm xəstələrinə dair maarifləndirmə işinin də yox səviyyəsində olması, bu uşaqların insanlar arasına inteqrasiyasını, cəmiyyətin isə bu sindromu olan insanlara münasibətinin aşağı səviyyədə olmasına gətirib çıxarır.Sonda Şamxalın anası Zəhra xanımın dilindən eşitdiyim bir kəlmə ilə desək, autist uşağın öz dünyası var. Onu öz dünyasından çıxartmaq çox çətin işdir, bunu bacarırsansa deməli insanlığa hansısa tövhə verə bilən bir insan olursan.//Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti