Azərbaycanda 250-ə yaxın İranlı məhbus cəza çəkir

17:00 | 19.01.2014
Azərbaycanda 250-ə yaxın İranlı məhbus cəza çəkir

Azərbaycanda 250-ə yaxın İranlı məhbus cəza çəkir

 "Hazırda Azərbaycan həbsxanalarında 250-ə yaxın iranlı məhbus cəza çəkir". Bu sözləri İranın Azərbaycandakı səfirliyinin konsulluq məsələləri üzrə məsul şəxsi Möhsün Molayi deyib. ANS PRESS-in Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, M.Molayi İslam Peyğəmbərinin mövludu münasibəti ilə şənbə günü 7 saylı cəzaçəkmə müəssəsində saxlanılan iranlı məhbuslarla görüşüb. Görüşdə iranlı məhbusların istəkləri və problemləri ilə tanış olub. Müəssisənin rəhbərliyi ilə həmin problemlərin həlli üçün danışıqlar aparıb.

Görüşdə həmçinin iranlı məhbuslar cəzalarının qalan hissəsinin İran həbsxanalarında çəkmək arzusunda olduqlarını deyiblər ki, Molayi bu məsələ ilə bağlı məhbusların mübadiləsinə dair müqavilə çərçivəsində Azərbaycan rəsmilər ilə danışıqlar aparıldığını deyib.

Molayi əlavə edib ki, Azərbaycan həbsxanalarında cəza çəkən iranlı məhbusların böyük əksəriyyəti narkotik maddələrin qaçaqmalçılığında ittham olunurlar.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür