Azərbaycanda 290 min manatlıq – CEK POT UDULUB

12:21 | 12.11.2019
Azərbaycanda 290 min manatlıq – CEK POT UDULUB

Azərbaycanda 290 min manatlıq – CEK POT UDULUB

2019-cu ilin ən böyük məbləğdə Cek Potu qazanılıb. 
 
FED.az xəbər verir ki, son iki ayda isə "Azərlotereya” ASC-nin təşkil etdiyi lotereyada yarımmilyonluq lotereya udulub.
"Bildirmək istiyirik ki, 289 429 manat 2019 – cu ilin ən yüksək məbləğli Cek Potu idi. 2018 – ci il ilə müqayisədə isə "6/40” tirajlı lotereyasında 285 070 manata yüksəlmiş Cek Pot 1 bilet tərəfindən qazanılmışdı. Hal hazırda "Azərlotereya” ASC – nin təşkil etdiyi lotereya oyunlarında aşağıdakı iri məbləğli pul uduşları oynanılır: "Yeni Binqo” tirajlı lotereyasında Cek Pot 17 000 manat Meqa Pot 30 000 manat Binqo 18 000 manat Super Binqo 34 000 manat Fortuna 26 000 manat "Klassik loto” lotereyasında Cek Pot 73 000 manat Meqa Pot 32 000 manat "6/40” lotereyasında Cek Pot 72 662 manat "4+4” tirajlı lotereyasında Cek Pot 246 146 manat Lotereya oyunlarında uğurlar arzulayırıq"-deyə "Azərlotereya”nın məlumatında deyilir.


11 noyabr 2019-cu il tarixində "Azərlotereya” ASC-nin təşkil etdiyi 6/40 lotereyasının 2464-cü tirajında 131 317 manata yüksəlmiş Cek Pot pul mükafatı 1 bilet tərəfindən qazanılıb.

7 noyabr 2019-cu il tarixində "5/36” tirajlı lotereyasının 2865-ci tirajında "33 553" manatlıq Cek Pot pul mükafatı udulub. "051328" nömrəli biletin sahibi 33 553 manat qazanıb.

"Azərlotereya” ASC tarixində 3-cü ən yüksək məbləğli Cek Pot pul mukafatı uduşu qeydə alınıb. 23 oktyabr 2019 – cu il tarixində Azərlotereya ASC – nin təşkil etdiyi "5/36” tirajlı lotereyasının 2850 – ci tirajında 1 bilet 289 429 manat məbləğində Cek Pot pul mukafatı qazanılıb.
 14 sentyabr 2019-cu il tarixində təşkil olunan "6/40” lotereyasının 2406-cı tirajında 42.498 manata yüksəlmiş Cek Pot 1 bilet tərəfindən qazanılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb