Azərbaycanda 2015-ci ilin I yarısında 3 364 müəssisə yaradılıb.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
DSK-nın məlumatına görə, yeni müəssisələrin 51,8%-i Bakıda, 13,9%-i Lənkəran, 12,2%-i Aran, 6,6%-i Abşeron, 6,3%-i Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.
Bundan əlavə, komitənin məlumatına görə, 2015-ci ilin yanvar-iyun aylarında ölkənin vergi orqanlarında 37 468 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Abşeron, Lənkəran, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !