2017-ci il ərzində 32 körpə Azərbaycan vətəndaşlarına övladlığa verilib.
Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, övladlığa uşaq götürmək üçün müraciət edənlər cinsi ayrıseçkilik etmirlər.2016-cı ildə isə Səhiyyə Nazirliyi vasitəsilə 36 övladlığa körpə verilib.
Qeyd edək ki, 0-3 yaş arası uşaqların övladlığa verilməsinə Səhiyyə, 3-18 yaş arası Təhsil Nazirliyi, ölkələrarası övladlığa verilmə məsələsinə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarət edir.
Ötən il Təhsil Nazirliyi tərəfindən isə 2 nəfər Azərbaycan vətəndaşlarına, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən isə 9 uşaq xarici ölkə vətəndaşına övladlığa verilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !