Azərbaycanda 400 minlik dələduzluq

17:08 | 23.09.2014
Azərbaycanda 400 minlik dələduzluq

Azərbaycanda 400 minlik dələduzluq

MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. “Dağlar” Mənzil-Tikinti Kooperativinin (MTK) vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə ayrı-ayrı vətəndaşların 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, araşdırmalar zamanı MTK-nın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən və vətəndaşların etibarından sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivində və Nərimanov rayonu, Təbriz küçəsi 855-ci məhəllədə kooperativin inşa etdiyi çoxmərtəbəli yaşayış binalarında 443 min 550 manat məbləğində satılmış mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla dələduzluq yolu ilə külli miqdarda özgə əmlakını talamalarında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM