Azərbaycanda 5, 7 milyardlıq vergi

11:23 | 15.11.2013
Azərbaycanda 5, 7 milyardlıq vergi

Azərbaycanda 5, 7 milyardlıq vergi

2013-cü ilin yanvar-oktyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 milyard 768 milyon 165,6 min manat təşkil edib. 
Nazirliyin mətbuat xidmətindən ANN.Az-a daxil olan xəbərdə bildirilir ki, bu məbləğin 39,3 faizi mənfəət vergisinin, 24 faizi əlavə dəyər vergisinin, 11,7 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,4  faizi aksizlərin, 17,6 faizi isə digər vergilərin payına düşür.
Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 milyard 88 milyon 887,6 min manat vəsait daxil olub.
Yanvar-oktyabr aylarında respublika üzrə 59 min 837 vergi ödəyicisi, o cümlədən elektron qaydada 29 min 777 (49,8 faiz) vergi ödəyicisi qeydiyyata alınıb. 1 noyabr 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 529 min 313 təşkil edir ki, bu da 1 noyabr  2012-ci il tarixə  qeydiyyatda olan vergi ödəyicilərinin sayından 12,1 faiz çoxdur.   
2013-cü ilin yanvar-oktyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,4 faiz təşkil edib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti