Azərbaycanda 5 min tonluq soyuducu tikilir

13:12 | 04.01.2014
Azərbaycanda 5 min tonluq soyuducu tikilir

Azərbaycanda 5 min tonluq soyuducu tikilir

Soyuducu anbar kompleksində meyvə-tərəvəzin uzun müddət və itkisiz saxlanılması təmin olunacaqAzərbaycanda daha bir nəhəng soyuducu anbar kompleksi inşa edilir. Artıq Ağcabədi rayonunun Rəncbərlər kəndində inşa olunan soyuducuda son tamamlanma işləri aparılır.İnşasına 2011-ci ildə başlanılan kompleksdə tikinti işləri ən müasir standartlara uyğun olaraq görülüb. Kompleksin sahəsi 1,44 hektardır.İyirmi dörd soyuducu kameradan ibarət kompleksdə quraşdırılan avadanlıq Türkiyədən gətirilib. Soyuducu kompleksin ümumi tutumu 5 min tondur. Burada Ağcabədi və ətraf rayonların fermerlərinin istehsal etdikləri meyvə-tərəvəzin uzun müddət və itkisiz saxlanılması təmin olunacaq.Soyuducu kompleksdə işlərin yanvarın sonlarınadək başa çatdırılması nəzərdə tutulur.AzərTAc

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM