Ötən il 31 nəfər yerli icra və probasiya qurumlarının əməkdaşları intizam məsuliyyətinə cəlb olunub.
Bu barədə Ədliyyə Nazirliyində yerli icra və probasiya qurumlarının rəhbərlərinin iştirakı ilə 2019-cu ildə icra və probasiya xidmətləri tərəfindən məhkəmə və digər orqanların qərarlarının icrası və probasiya nəzarəti sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirəsində ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirilib.
O, diqqəti ölkəmizdə korrupsiya hüquqpozmalarına qarşı aparılan barışmaz mübarizəyə cəlb edib, bu cür əməllərin qəti və ciddi şəkildə cəzalandırıldığını, hesabat dövrü ərzində görülmüş intizam və digər hüquqi tədbirlərin bunun bariz nümunəsi olduğunu nəzərə çatdırıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !