Ötən il ərzində qrant alınması haqqında 1817 müqavilənin (qərarın) qeydiyyata alınması ilə bağlı 220 təşkilat tərəfindən Ədliyyə Nazirliyinə 737 müraciət daxil olub.Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, həmin müqavilələr (qərarlar) üzrə 173 donor təşkilatından 67.217.026 manat məbləğində qrant alınıb. Ümumi məbləğdən 23.550.942 manat xarici donorlar tərəfindən verilmiş qrantlardır ki, bu da əsasən təhsil, maarifləndirmə, gənclər, sosial problemlər, vətəndaş cəmiyyətinin inkişafı, insan hüquqları və digər layihələr üzrə verilib. Qrant məbləğinin 65%-i isə 29 yerli donor tərəfindən verilib ki, onlardan 12-si dövlət təşkilatıdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !