Azərbaycan Respublikasında 76 yeni koronavirus
(COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, bir nəfər vəfat etmişdir.
Koronavirus (COVID-19) üçün götürülən analiz
nümunələri müsbət çıxmış 1953-cü il təvəllüdlü, şəkərli diabet xəstəsi olan vətəndaşın
səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə
verməmişdir. Onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən
edilir və karantinə götürülür.
Hazırkı dövrədək ölkəmizdə 717 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 44 nəfəri müalicə
olunaraq sağalmış, 8 nəfər vəfat etmiş, 665 nəfərin xüsusi rejimli
xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 23 nəfərin vəziyyəti
ağır, 31 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti
stabildir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !