Azərbaycanda 84 yaşlı məktəb direktoru koronavirusdan öldü - FOTO

19:05 | 07.04.2021
Azərbaycanda 84 yaşlı məktəb direktoru koronavirusdan öldü - FOTO

Azərbaycanda 84 yaşlı məktəb direktoru koronavirusdan öldü - FOTO

Qax rayonunda məktəb direktoru koronavirusdan dünyasını dəyişib.


Bu barədə Qax Rayon Təhsil Şöbəsindən məlumat verilib.


Bildirilib ki, Qax şəhər 2 saylı məktəb-liseyin direktoru, 1937-ci il təvəllüdlü Şəkər Abdullayeva vəfat edib. 


Qeyd edək ki, 84 yaşlı məktəb direktoru bir müddət əvvəl koronavirusa yoluxub. O, Bakıdakı xəstəxanalardan birində müalicə olunurdu.


Ş.Abdullayeva 1959-cu ildən pedaqoji fəaliyyətinə başlayıb, işlədiyi müddət ərzində 69-a qədər diplom və fəxri fərmanlarla təltif olunub.


O, 1979-cu ildən ömrünün sonuna qədər rayonun ən böyük məktəbinə rəhbərlik edib. Ş.Abdullayeva 2005-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.(azxeber.com)
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM