Baku.wsin
redaksiyasına daxil olan məlumatda qeyd edilir ki, AMEA Əlyazmalar
İnstitutunun direktor müavini işləyən Aybəniz Əliyevanın evindən 536 min
ABŞ dolları (912 min AZN), 143 min manat dəyərində qızıl-zinət əşyaları
oğurlanıb. İddiaya görə, oğurluq etmiş şəxs alimin evində xadimə kimi
çalışan Zeynalova Xanım Abduləli qızıdır. Təqsirləndirilən şəxsin atası
Abduləli Zeynalov məsələ ilə bağlı saytımıza geniş açıqlama verib:
Mən Zeynalov Abduləli Mirzə oğlu sizin sayıta müraciət
edərək bildirirəm ki, mənim qızım Zeynalova Xanım Abduləli qızı
Azərbayacan AMEA-nın əməkdaşı, professor, elmlər doktoru, 2002-2014-cü
illərdə AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsindəişləmiş,
indi isə AMEA Əlyazmalar İnstitutunun direktor müavini işləyən Aybəniz
Əliyevanın şikayəti əsasında həbs edilib. Həbs edilən qızım Xanım
Zeynalova əvvəllər A.Əliyevanın evində xadimə işləyib və guya alimin
evindən 536 min ABŞ dolları, 143 min manat dəyərində qızıl-zinət
əşyaları oğurlayıb. Ona görə "guya” yazıram ki, təqsirsizlik
prezumpsiyası adlı bir hüquqi anlayış var və hələ ki istintaq gedir,
məhkəmə hökmü olmadan kimisə cinayətkar hesab etmək olmaz. Oğurluqda
şübəli bilinərək həbs edilən qızımın isə taleyi məni ciddi narahat edir,
bəzən bu qanunsuz hərəkətə görə özümü intihar etmək istəyirəm. Amma
bəzəndə gözləyirəm görüm bu işin axırı necə olacaq.
Bunlar öz yerində...
Mən həbsdə olan
qızımın sözlərinə istinadən bildirirəm ki, Aybəniz xanım çox əliaçıq və
ürəyi geniş olub, şəxsi seyfinin də qapılarını ailə üzvlərinin üzünə
geniş açıbmış. Kim nə vaxt, nə qədər istədi, götürüb xərcləyirmiş.
Misal
üçün, xüsusi qeyd edim ki, Aybəniz xanımın qızı Gülşən Əliyeva
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
prorektorudur.O yaxın dostu olan, Zorik (Əsl adı Qalibdir) kimi
tanıdığı oğlana "Albatros”dan hədiyyə almaq üçün, anasının xəbəri
olmadan onun seyfindən 3 min ABŞ dolları götürübmüş və bu barədə
biləndə Aybəniz xanımla qızı arasında mübahisə olub. Belə hallar tez-tez
təkrarlanırmış deyə, ana-bala arasında tez-tez mübahisələr olurmuş.
Abduləli
Zeynalov olaraq onu da bildirəm ki, axtarış zamanı qızımın evindən,
Aybəniz Əliyevanın oğurlandıqlarını iddia etdiyi bir neçə qızıllar,
həqiqətən də, tapılıb.
Həmin bir neçə qızılları Aybəniz xanımın qızı Gülşən verib qızıma.Səbəbini isə belə izah edə bilərəm.
Aybəniz
Əliyeva xəstə olduğu müddətdə ona qulluq etmək üçün qızı Gülşən
Əliyevanın vaxtı olmayıb,ona qızım Xanım Zeynalova xidmət edib. Bunun
mqabilində qızı Gülşən Əliyeva bir neçə qızılı qızıma bağışlayıb.Bunu
A.Əliyeva istintaqa verdiyi birinci ifadəsində təstiqləsədə sonradan
verdiyi ifadədən imtina edib.Maraqlısı isə odur ki, oğurluq hadisəsi
qızım Xanım A.Əliyevanın evindən işləməkdən çıxıb Bakı Metropolitenində
işlədiyi müddətdə baş verib.Yəni 8 (səkkiz) ay sonra törədilib.Demək
istəyirəm pul qızıl iynə olub ki,bunun oğurlanmasından Aybəniz Əliyeva 8
(səkkiz) ay sonra xəbər tutub?. Elə bu oğurluq hadisəsi qaranlıq
mətləblərdən xəbər verir.
Hələliksə,hərkəsin marağına səbəb olacaq
bir suala cavab verirəm: AMEA-nın professoru Əlyazmalar İnistitunun
direktor müavini Aybəniz Əliyevanın evində 1( bir) milyon manatdan artıq
pul haradandır?
Görəsən Aybəniz Əliyeva düz danışır? Oun evindəki
seyfdə həqiqətən də, 536 min ABŞ dolları, 143 min manatlıq qızıl-zinət
əşyaları olub? Olubsa, hardandır bu sərvət? Aldığı 1500-2000 manatı,
yeməsə, içməsə, istirahətə, səyahətə getməsə, özünə bahalı geyimlər,
zinət əşyaları almasa, neçə ilə toplaya bilər Azərbaycan alimi?
A.Əliyevanın
məvacibini 1500-2000 manatdan götürsək,(Onu deyim ki,bu məvacibi də
almasi ağıla batan deyil) ilə 24 min manatdan, 30 ilə yalnız 720 min
manat yığmaq olar. Burada isə milyondan artıq sərvətdən söhbət gedir.
Aybəniz Əliyeva-Kəngərli 30 il pəhrizmi saxlayıb, orucmu tutub?
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !