Azərbaycanda ana dilində danışan robot olacaq

13:00 | 12.12.2013
Azərbaycanda ana dilində danışan robot olacaq

Azərbaycanda ana dilində danışan robot olacaq

 Yaxın beş ildə Azərbaycanda xüsusi intellektual proqramın hazırlanması nəzərdə tutulub.Proqramın «Qafqaz» Universitetinin İKT Elmi-Tədqiqat Mərkəzi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə həyata keçirilməsi planlaşdırılıb. Bu layihəyə əsasən, Azərbaycan dilində tam danışan, başa düşən, analiz edən, mütaliə edən intellektual proqram hazırlanacaq. O, daha sonra robota tətbiq olunacaq. Yenilik haqda «APA-Economics»ə «Qafqaz» Universitetinin İKT Elmi-Tədqiqat Mərkəzinin müdiri Xəyyam Məsiyev danışıb. Onun sözlərinə görə, bu layihə böyük maliyyə vəsaiti tələb edir: «Biz, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əməkdaşlığa başladıq və onların hədəfində də bu cür layihənin olduğu müəyyən oldu. Artıq ilkin razılaşma əldə olunub. Danışıqlarımız davam edir».ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb