Kürdəmirdə qanunsuz olaraq at əti satan şəxs tutulub.
ANN.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, rayon baytarlıq idarəsinin əməkdaşları tərəfindən aparılan reyd zamanı Xınıslı kənd sakini Anar Bağırovun həyətində iki atın kəsildiyi faktı aşkarlanıb. Onun həyətyanı sahəsinə baxış keçirilən zaman atların kəsilməsi və soyulması üçün xüsusi qurğular tapılıb. Qara ciyər serrozu xəstəsi olduğunu deyən Anar Bağırov kəsdiyi atları Bakı şəhərində mal əti adı ilə satmaq istədyini etiraf edib. Aşkar olunan ətlər bayratlıq idarəsinin əməkdaşları tərəfindən müsadirə olunaraq Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Anar Bağırovun əvvəllər də bu işlə məşğul olub-olmadığını dəqiqləşdirmək üçün hüquq mühafizə orqanlarında araşdırma aparılır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !