Azərbaycanda avronun məzənnəsi rekord həddə düşdü

13:03 | 19.01.2015
Azərbaycanda avronun məzənnəsi rekord həddə düşdü

Azərbaycanda avronun məzənnəsi rekord həddə düşdü

Bu gün Azərbaycanda avronun manata qarşı rəsmi məzənnnəsi təxminən 13 illik minimuma enib 0,9065 manat təşkil edib.

ANN.Az "Report"a istinadən xəbər verir ki, 2002-ci il yanvarın 1-dən nağd dövriyyəyə buraxılan avronun keçən müddət ərzində ən aşağı məzənnəsi 2002-ci il mayın 29-da qeydə alınıb və 0,9041 manat (milli valyutanın denominasiyasına qədər - 4 520,49 manat) təşkil edib.

Qeyd edək ki, avronun Azərbaycanda ən yüksək rəsmi məzənnəsi isə 2008-ci il aprelin 23-də qeydə alınıb və 1,3235 manat olub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM