2024-cü idə azərbaycanda avtomobil istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 34% artıb. Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov vurğulayıb.
Onun sözlərinə görə, əvvəlki il Hacıqabul Sənaye Parkında 107,5 milyon manatlıq 3761 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 54,65 milyon manatlıq 2182 ədəd avtomobil istehsal edilib",- Sədr fevral 6-da keçirilən brifinqdə jurnalistlərin suallarını cavablayarkən bildirib.
O bildirib ki, altı il ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 442,5 milyon manatlıq avtomobil istehsalı həyata keçirilib.
Azərbaycan 2023-cü ilin doqquzayında 2001 ədəd avtomobil ixrac edib.
Doqquz ay ərzində ixrac olunan minik avtomobillərinin sayı 1 942 olub.
Bundan başqa Azərbaycan 45 ədəd yük avtomobili, 14 ədəd xüsusi təyinatlı avtomobil ixrac edib.
Azərbaycanın ixrac etdiyi bütün avtomobillərin ümumi dəyəri 115,6 milyon dollar olub.
İxrac olunan avtomobillərin 536 ədədini Qazaxıstan, 447 ədədini Qırğızıstan, 427 ədədini Rusiya, 329 ədədini Birləşmiş Ərəb Əmirliyi, 124 ədədini Gürcüstan alıb.

Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !