Azərbaycanda avtomobillər vergiyə cəlb ediləcək?

14:53 | 06.10.2017
Azərbaycanda avtomobillər vergiyə cəlb ediləcək?

Azərbaycanda avtomobillər vergiyə cəlb ediləcək?

Türkiyədə nəqliyyat vasitəsi sahibləri ildə iki dəfə avtomobil vergisi (Motorlu Taşıtlar Vergisi) ödəyir.

Bu sıraya avtomobil, motosiklet, təyyarə, helikopter, gəmi, ümumiyyətlə, mühərriki olan bütün nəqliyyat vasitələri daxil edilir. Bu vasitə sahibləri hər il yanvar və iyul aylarında dövlətə avtomobil vergisi ödəyirlər. Verginin hesablanması isə nəqliyyatın növü və ilinə görə dəyişir.
Maraqlıdır, Azərbayanda avtomobil vergisi tədbiq oluna bilərmi?

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Metbuat.az-a açıqlamasında bildirir ki, Azərbaycanda da avtomobillərə görə xeyli vergi var:

"Xaricdən gətirilən avtomobillə bağlı aksis və ƏDV vergisi, yanacağın üstündə ödənilən yol vergisi bu sıraya daxildir. Bir də, bizdə hüquqi şəxslərin mülkiyyətində olan avtomobillərə görə əmlak vergisi var idi. Lakin bu vergi 2017-ci ildə ləğv edildi. Dünyanın bir çox ölkələrində avtomobillər əmlak olaraq vergiyə cəlb olunur. Həmin vergini avtomobillərin dəyəri, mühərrik həcmi və markasına görə tədbiq edirlər. Azərbaycanda avtomobil vergisi tədbiq olunsa, gərək əhalinin aztəminatlı təbəqəsinə təsir etməsin. Yəni, 200 min manatlıq avtomobillə 5 min manatlıq avtomobil sürənlərə eyni vergi tədbiq etmək olmaz”.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM