Azərbaycanda aylıq əməkhaqqı artıb

19:14 | 22.09.2018
Azərbaycanda aylıq əməkhaqqı artıb

Azərbaycanda aylıq əməkhaqqı artıb

Cari ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artaraq 542,3 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, əməkhaqqı neft sektorunda 3142,7 manat, qeyri-neft sektorunda 483,0 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 428,6 manat, özəl müəssisələrdə isə 696,7 manat təşkil edib.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM