Azərbaycanda bağçada ciddi nöqsanlar aşkarlandı

17:27 | 23.12.2013
Azərbaycanda bağçada ciddi nöqsanlar aşkarlandı

Azərbaycanda bağçada ciddi nöqsanlar aşkarlandı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən Qazax şəhəri, Bakı küçəsində yerləşən 1 saylı uşaq bağçası-körpələr evində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb.Dövlət Komitəsinin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, araşdırmalar zamanı müəyyən olunub ki, bağçada hazırlanan yeməklər müvafiq qaydada təsdiq olunmuş texniki təlimat və reseptura olmadan hazırlanır, anbarda mal qonşuluğuna və saxlanma şəraitinə riayət olunmur. Eyni zamanda standartın tələblərinə uyğun olaraq bağçada 10 günlük və ya 2 həftəlik menyu tərtib olunmalı olduğu halda gündəlik menyu tərtib olunur. Bundan başqa tibb işçisi verilməsi nəzərdə tutulan yeməklərdən nümunə götürmür, yeməklərin kalorilik, zülal, yağ və karbohidrat miqdarını hesablamır.Yoxlama zamanı bağçanın yataq və mətbəx otağlarının gigiyenik tələblərə cavab vermədiyi aşkar edilib.Bu və digər nöqsanların aradan qaldırılması üçün bağça rəhbərinə vaxt verilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM