Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı açıqlanıb

10:30 | 13.11.2023
Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı açıqlanıb

Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı açıqlanıb

2023-cü  ilin noyabrın 1-nə Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı 1 milyon 790,8 minə çatıb. Bu barədə  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
 
Bildirilir ki, 4 ildən  çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.

Məlumata görə, Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun "ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 388,9 min vahid artıb.
 
Son dörd il ərzində əmək müqavilələrinin sayında 465 min artım var. Bu, təqribən 35 faizlik bir artımdır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.

"2,5 dəfə əməkhaqqı fondunda artım var. Bu, çox yaxşı dinamikadır. Bu istiqamətdə işlər davam etməlidir ki, arzu etdiyimiz nəticələrə nail olaq ”, – nazir əlavə edib.
 
Həmçinin qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 349 175 vahid artaraq 889 mindən çox olub.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb