Azərbaycanda balıq ovunun qaydaları müəyyənləşib

12:20 | 07.06.2017
Azərbaycanda balıq ovunun qaydaları müəyyənləşib

Azərbaycanda balıq ovunun qaydaları müəyyənləşib

Nazirlər Kabineti "Balıq və digər su bioresursları ovunun Qaydaları”nı təsdiq edib.
 
APA-nın məluimatına görə, Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna icazə verilməsi halları və qaydası, ovlanması nəzərdə tutulan balıq və digər su bioresurslarının növləri və onların ovunun yol verilən ümumi miqdarı (kvotası), balıq və digər su bioresurslarının ovu üçün kvotaların balıqçılıq subyektləri arasında bölünmə qaydası bu Qaydalarla müəyyən olunur.
 
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, çaylar, göllər, su anbarları, su təchizatı kanalları və digər yerüstü su axınları, sututarlar, balıq və digər su bioresursları üçün süni yaradılmış məskunlaşma şəraiti, dövlətlərarası sərhədi müəyyən edən və ya sərhədi kəsib keçən yerüstü su obyektləri çalıq və digər su bioresurslarının ovu üçün istifadə edilən balıqçılıq su obyektləridir. Balıq və digər su bioresurslarının ovu sənaye, idman və həvəskar, akvakultura, elmi tədqiqat, təhsil, maarifləndirmə və nəzarət üçün və iqlimləşdirilməsi üçün məqsədilə həyata keçirilir. İdman və həvəskar ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovu balıqovlama bileti əsasında həyata keçirilir. Bərpa məqsədi ilə balıq və digər su bioresurslarının akvakultura üçün ovu, habelə elmi tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovu ödənişlidir. Müqavilə ilə istifadəyə və ya icarəyə verilmiş dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və ya xüsusi mülkiyyətdə olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarından istifadəyə ödəmələr balıq və digər su bioresurslarının növündən, onların ovu üsullarından, ov alətlərinin və texniki vasitələrin növündən, habelə su obyektlərinin təyinatından asılı olaraq həmin müqaviləyə uyğun həyata keçirilir. Dövlətin balıq mühafizə sahəsində Qanunla müəyyən edilmiş vəzifələrinin həyata keçirilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbii balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının ovunun tənzimlənməsinə nəzarəti həyata keçirir, qanunla müəyyən edilmiş hallarda dövlət mülkiyyətində olan təbii balıqçılıq su obyektlərini və ya onların müəyyən hissəsini (dövlət təbiət qoruqları istisna olmaqla) balıq və digər su bioresurslarının ovu üçün ayırır, balıqçılıq subyektlərinə verilmiş balıqovlama biletlərini, onların ov alətlərini, ovlanmış balıqları və onların qeydiyyatına dair sənədləri yoxlayır, ovlanmış balıq və digər su bioresurslarının ticarət dövriyyəsinə daxil edilməsi üçün onların mənşəyi, növü, miqdarı, ölçüləri, çəkisi barədə bu Qaydalara 12 nömrəli əlavə ilə müəyyən olunan formada tipoqrafik üsulla hazırlanmış ciddi hesabat blankı olan qaimə verir və buna nəzarət edir, balıqçılıq subyektlərinə çatışmazlıqların aradan qaldırılması barədə yazılı göstərişlər verir, balıq və digər su bioresursları ovlanan balıqçılıq su obyektlərində gəmilərin, qayıqların və digər üzən nəqliyyat vasitələrinin saxlanılmasını, həmin nəqliyyat vasitələrinin, ov alətlərinin və əldə edilmiş məhsulların yoxlanılmasını həyata keçirir, bu Qaydaların pozulması nəticəsində balıq və digər su bioresurslarına ziyan vurulduğu hallarda, ziyanın ödənilməsi üçün hüquqi və fiziki şəxslərə qarşı iddia qaldırır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti