Azərbaycanda bank kartları vasitəsilə təqribən $200 milyonluq əməliyyat aparıblar

22:35 | 31.03.2023
Azərbaycanda bank kartları vasitəsilə təqribən $200 milyonluq əməliyyat aparıblar

Azərbaycanda bank kartları vasitəsilə təqribən $200 milyonluq əməliyyat aparıblar

2023-cü ilin yanvar-fevralında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsilə 333,8 milyon manat ($196,4 milyon) məbləğində əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
 
Bank əməliyyatlarının həcmi 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 14,7% azalıb.

Yanvar ayında aparılan əməliyyatların həcmi 171,5 milyon manat, fevralda 162,3 milyon manat təşkil edib.

2022-ci ildə Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsilə 2 milyard 155,3 milyon manat ($1 milyard 268 milyon) məbləğində əməliyyat aparıblar ki, bu da 2021-ci illə müqayisədə 66,1% çoxdur.
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb